Top.Mail.Ru

İDMAN

Çempionlar Liqası: “Beşiktaş” “Sportinq”i, “Atletiko” “Liverpul”u qəbul edəcək

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində III tura start veriləcək.

“Report”un məlumatına görə, ilk oyun günündə 4 qrupda ümumilikdə 8 qarşılaşma baş tutacaq.

A qrupunda İngiltərənin “Mançester Siti” klubu Belçikada “Brügge”nin qonağı olacaq. PSJ isə Fransada Almaniya “Leyptsiq”ini sınağa çəkəcək.

Loading...
Yazının davamı reklamdan sonra

Gecənin ən maraqlı matçlarından biri B qrupunda olacaq. İngiltərə “Liverpul”u İspaniyada “Atletiko” (Madrid) ilə münasibətlərinə aydınlıq gətirəcək. Qrupun digər oyununda İtaliya “Milan”ı Portuqaliyada “Portu” ilə qarşılaşacaq.

C qrupunda “Beşiktaş” Türkiyədə Portuqaliya “Sportinq”i ilə üz-üzə gələcək. Hazırda iki komanda hərəyə 1 xalla qrupda 3 – 4-cü yerləri bölüşdürür. Digər qarşılaşmada Niderland “Ayaks”ı evdə Almaniyanın “Borussiya” (Dortmund) klubu ilə vahid liderlik uğrunda mübarizə aparacaq.

D qrupunda turnirin sürpriz komandası olan Moldova “Şerif”i İtaliyada “İnter”lə qüvvəsini sınayacaq. İlk 2 görüşdə maksimum nəticəyə imza atan Tiraspol təmsilçisi 6 xalla qrupa başçılıq edir. Digər oyunda isə İspaniya “Real Madrid”i Ukraynada Donetsk “Şaxtyor”unun müqavimətini qırmağa çalışacaq.

Çempionlar Liqası, qrup mərhələsi

III tur

19 oktyabr

A qrupu

20:45. “Brügge” (Belçika) – “Mançester Siti” (İngiltərə)

23:00. PSJ (Fransa) – “Leyptsiq” (Almaniya)

Xal durumu: PSJ – 4, “Brügge” – 4, “Mançester Siti” – 3, “Leyptsiq” – 0.

B qrupu

23:00. “Portu” (Portuqaliya) – “Milan” (İtaliya)

23:00. “Atletiko” (Madrid, İspaniya) – “Liverpul” (İngiltərə)

Xal durumu: “Liverpul” – 6, “Atletiko” – 4, “Portu” – 1, “Milan” – 0

C qrupu

20:45. “Beşiktaş” (Türkiyə) – “Sportinq” (Portuqaliya)

23:00. “Ayaks” (Niderland) – “Borussiya” (Dortmund, Almaniya)

Xal durumu: “Ayaks” – 6, “Borussiya” – 6, “Beşiktaş” – 0, “Sportinq” – 0

D qrupu

23:00. “İnter” (İtaliya) – “Şerif” (Moldova)

23:00. “Şaxtyor” (Donetsk, Ukrayna) – “Real Madrid” (İspaniya)

Xal durumu: “Şerif” – 6, “Real Madrid” – 3, “İnter” – 1, “Şaxtyor” – 1

Qeyd edək ki, III turun digər 8 qarşılaşması oktyabrın 20-də gerçəkləşəcək.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button