Top.Mail.Ru

İDMAN

Dani Kintana: “Emrelinin Belçikadan təklifi var idi, ona Polşaya gəlməsini söylədim”

“Polşa Ekstraklasası Azərbaycan çempionatından daha yaxşıdır. Burada yaxşı oynasan, səni Almaniya, Avstriya və İspaniyada görürlər. Azərbaycanda isə heç kim səni izləmir”.

“Report”un məlumatına görə, bu fikirləri Polşanın “Yagelloniya” klubunda çıxış edən “Qarabağ”ın sabiq futbolçusu Dani Kintana “Weszlo” nəşrinə müsahibəsində deyib.

34 yaşlı yarımmüdafiəçi Ağdam təmsilçisində oynamağın hazırkı klubuna nisbətən daha çətin olduğunu bildirib: “Hər komanda sənə qarşı müdafiə oluunur. Orada ən yaxşı idik. İlk iki ildə böyük xal üstünlüyünə sahib olduq. Ardıcıl 16 oyun qələbə qazandıq. Amma oynamaq həqiqətən çətindir. “Qarabağ”ın yaxşı təşkilatlanmış komanda olduğunu vurğulamalıyam. Yakub Jezniçak məndən klub barədə soruşanda eyni sözləri dedim. Sonra haqlı olduğumu etiraf etdi”.

Loading...
Yazının davamı reklamdan sonra

İspaniyalı oyunçu Polşanın “Legiya” klubunda çıxış edən Mahir Emreli haqqında da danışıb: “O, böyük fiziki potensiala malik idi və daşdan daha sərt idi. 17 yaşında idi və hər halda ona diqqət yetirməli idim. Çox ağır və dinamik oynayırdı. Aqressiv deyildi. Sadəcə güclü idi. “Legiya” ilə müqavilə bağlayanda fikrimi soruşdu. Belçikadan da təklifi var idi, buraya gəlməsini məsləhət gördüm. Ona dedim ki, “Legiya”da çempionluq uğrunda mübarizə aparacaqsan, avrokuboklar olacaq”.


KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button