Top.Mail.Ru

İDMAN

Qış Olimpiya Oyunlarının məşəli təşkilatçılara təhvil verilib

2022-ci ildə Çinin paytaxtı Pekində keçiriləcək Qış Olimpiya Oyunlarının məşəli yarışın təşkilatçılarına təhvil verilib.

“Report”un məlumatına görə, tədbir Yunanıstanın tarixi “Panatinaikos” stadionunda baş tutub.

Mərasim koronavirus pandemiyası səbəbindən azarkeşsiz keçirilib.

Loading...
Yazının davamı reklamdan sonra

Tədbirdə Yunanıstanın prezidenti Katerina Sakellaropulu, Milli Olimpiya Komitəsinin rəhbəri Spiros Kapralos, Pekin-2022 Qış Olimpiya və Paralimpiya Oyunlarının Təşkilat Komitəsinin sədr müavini, Çinin Milli Olimpiya Komitəsinin vitse-prezidenti Yay Tszaytsin və digər rəsmi şəxslər iştirak edib.

Qeyd edək ki, Pekin Qış Olimpiya Oyunları 2022-ci il 4 – 20 fevralda keçiriləcək.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button