Top.Mail.Ru

İDMAN

Niderlandda tribunası çökən stadion bağlanıb

Niderlandın NEK futbol klubunun stadionu bağlanıb.

“Report” “France Press” nəşrinə istinadən xəbər verir ki, buna Neymegen təmsilçisinin evdə “Vitess”ə qarşı ölkə çempionatının IX tur matçında tribunanın çökməsi səbəb olub.

Səlahiyyətli qurumlar istintaq müddəti başa çatanadək arenanın bağlanmasına qərar veriblər.

Qeyd edək ki, hadisə oktyabrın 17-də baş verib. Qonaqlar 1:0 hesablı qələbəni öz azarkeşləri ilə qeyd edərkən qəflətən tribuna çöküb. Xoşbəxtlikdən xəsarət olan olmayıb.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button