Top.Mail.Ru

İDMAN

“Qəbələ” UEFA Gənclər Liqasında mübarizəni dayandırıb

“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasının l təsnifat mərhələsində cavab oyununa çıxıb.

“Report”un məlumatına görə, “qırmızı-qaralar” Niderlandda AZ komandası ilə üz-üzə gəlib.

“AZ Təlim-Məşq Mərkəzi”ində oynanılan görüş Azərbaycan təmsilçisinin 0:7 hesablı məğlubiyyəti ilə başa çatıb. Meydan sahiblərinin heyətində qolları 4-cü və 36-cı dəqiqələrdə Nik Koster, 17-ci dəqiqədə Fedde De Yonq, 43-cü dəqiqədə Miron Van Brederode, 60-cı dəqiqədə Yurre Van Aken, 63-cü dəqiqədə Tom Kerssens və 72-ci dəqiqədə Meks Merdink vurublar.

Bununla da “Qəbələ” UEFA Gənclər Liqasında mübarizəni dayandırıb.

Qeyd edək ki, Qəbələdəki ilk qarşılaşmada Niderland təmsilçisi 4:0 hesablı qələbə qazanmışdı.


KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button