Top.Mail.Ru

İDMAN

Çempionlar Liqası: “Mançester Siti”dən darmadağın, “Beşiktaş” evdə uduzub

UEFA Çempionlar Liqasının qrup mərhələsində III tura start verilib.

“Report”un məlumatına görə, ilk oyun gününə nəzərdə tutulan 8 qarşılaşmadan 2-si artıq başa çatıb.

A qrupunda İngiltərənin “Mançester Siti” klubu Belçikada “Brügge”ni darmadağın edib – 5:1. “Şəhərlilər”in heyətində qolları Juan Kanselu, Riyad Mahrez (2), Kayl Uoker və Koul lamper vurublar. Meydan sahiblərindən isə Hans Vanaken fərqlənib.

C qrupunda “Beşiktaş” Türkiyədə Portuqaliya “Sportinq”i ilə üz-üzə gəlib. Görüş İstanbul təmsilçisinin 1:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Qarşılaşmada hesabı 15-ci dəqiqədə Sebastyan Koates açıb. 24-cü dəqiqədə Kayl Larin tarazlığı bərpa etsə də, meydan sahiblərinin sevinci cəmi 3 dəqiqə çəkib. Koates dubl etməklə “Beşiktaş”ı ikinci dəfə meydanın mərkəzinə dəvət edib. 44-cü dəqiqədə penaltidən fərqlənən Pablo Sarabiya 3-cü qolu “qara qartallar”ın qapısından keçirib. Oyunda son nöqtəni isə 89-cu dəqiqədə Paulinyo qoyub.

Çempionlar Liqası, qrup mərhələsi

III tur

19 oktyabr

A qrupu

20:45. “Brügge” (Belçika) – “Mançester Siti” (İngiltərə) – 1:5

Qollar: Hans Vanaken, 81Juan Kanselu, 30, Riyad Mahrez, 43 (penalti), Kayl Uoker, 53, Koul Palmer, 67

23:00. PSJ (Fransa) – “Leyptsiq” (Almaniya)

Xal durumu: PSJ – 4, “Mançester Siti” – 6 (3 oyuna), “Brügge” – 4 (3), “Leyptsiq” – 0.

C qrupu

20:45. “Beşiktaş” (Türkiyə) – “Sportinq” (Portuqaliya) – 1:4

Qollar: Kayl Larin, 24 – Sebastyan Koates, 15; 27, Pablo Sarabiya, 44 (penalti)

23:00. “Ayaks” (Niderland) – “Borussiya” (Dortmund, Almaniya)

Xal durumu: “Ayaks” – 6, “Borussiya” – 6, “Sportinq” – 3 (3 oyuna), “Beşiktaş” – 0 (3).

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button