Top.Mail.Ru

İDMAN

“Qəbələ”nin sabiq baş məşqçisinə “Qalatasaray”la oyundan öncə medal veriləcək

Rusiyanın “Lokomotiv” (Moskva) klubunun sabiq baş məşqçisi Yuri Syomin Türkiyə “Qalatasaray”ına qarşı UEFA Avropa Liqasının qrup oyunundan öncə mükafatlandırılacaq.

“Report”un məlumatına görə, bu barədə TASS-a Moskva təmsilçisinin Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, 2019/2020 mövsümünün sonunda qazanılmış gümüş medal 74 yaşlı mütəxəssisə avrokubok matçından əvvəl təqdim olunacaq. Oktyabrın 21-də keçiriləcək “Lokomotiv” – “Qalatasaray” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xatırladaq ki, Yuri Syomin 2020-ci ilin mayında isteafaya göndərilib. Təcrübəli baş məşqçi 2013/2014 mövsümündə “Qəbələ”də də çalışıb.


KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button