Top.Mail.Ru

İDMAN

Avropa Super Liqası ilə bağlı təkmilləşdirilmiş plan hazırlanıb

İspaniyanın “Barselona”, “Real Madrid” və İtaliyanın “Yuventus” klubunun təsis etdiyi Avropa Super Liqasının rəhbərliyi turnir üçün təkmilləşdirilmiş plan hazırlayıb.

“Report” “The Sun” nəşrinə istinadən xəbər verir ki, əsas dəyişiklik komandaların iki liqaya bölünməsi ilə bağlıdır.

Yüksək və aşağı liqaların hər birində 20 klub yer alacaq. Superliqa daim iştirak edə biləcək bütün Avropa klubları üçün açıq olacaq.

Bildirilir ki, Avropa Super Liqası UEFA-nın himayəsində yarışlardan fərqlənməyəcək.

Qeyd edək ki, “Real Madrid”, “Barselona” və “Yuventusla yanaşı, İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Liverpul”, “Arsenal”, “Çelsi” və “Tottenhem”, İspaniyanın “Atletiko”, İtaliyanın “Milan” və “İnter” komandaları da turnirdə iştirakını təsdiqləmişdi. Lakin sonradan 9 klub layihədən imtina edib.


KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button