Top.Mail.Ru
İDMAN

Azərbaycan şahmatçılarının qatılacağı turnirin mükafat fondu AÇIQLANIB

Şahmat üzrə “Grand Swiss 2021” turnirinin ümumi mükafat fondu 550 000 ABŞ dolları təşkil edəcək.

“Report” Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi saytına istinadən xəbər verir ki, bu məbləğin 425 000 dolları kişilərin, 125 000 dolları isə qadınların mübarizəsinə ayrılıb.

“Grand Swiss” turniri 25 oktyabr – 8 noyabrda Latviyanın paytaxtı Riqadakı “Hanzas Perons” Mədəniyyət Mərkəzində keçiriləcək.

Loading...

Qeyd edək ki, Azərbaycanı kişilər arasında Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Rauf Məmmədov, Nicat Abbasov və Vasif Durarbəyli təmsil edəcək. Azərbaycanın turnirdəki yeganə qadın şahmatçısı isə Günay Məmmədzadə olacaq.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button