Top.Mail.Ru
İDMAN

FIFA Albaniya Futbol Federasiyasını CƏZALANDIRILIB

FIFA 2022-ci il dünya çempionatının seçmə mərhələsində azarkeşlərin davranışları səbəbindən yarımçıq dayandırılmış Albaniya – Polşa matçı ilə bağlı qərarını açıqlayıb.

“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, Albaniya Futbol Federasiyası baş vermiş insidentə görə 150 00 İsveçrə frankı məbləğində cərimələnib. Bundan başqa, yığma Andorraya qarşı seçmə mərhələnin sonuncu ev matçını azarkeşsiz keçirəcək.

Qeyd edək ki, Polşa ilə görüşün 77-ci dəqiqəsində qonaq komandanın futbolçusu Karol Sviderskinin vurduğu qoldan sonra yerli fanatlar meydana yad əşyalar atıblar. Nəticədə fransalı baş hakim Kleman Turpen komandaları paltardəyişmə otağına göndərib. Daha sonra bərpa olunan qarşılaşma polşalıların minimal hesablı qələbəsi ilə yekunlaşıb.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button