Top.Mail.Ru
İDMAN

“Sabah” “Krasnodar”ın sabiq baş məşqçisi ilə danışıqlara başlayıb

“Sabah” klubu Rusiya “Krasnodar”ının sabiq baş məşqçisi Murad Musayevlə danışıqlara başlayıb.

Bu barədə “Report”a paytaxt təmsilçisinin idman direktoru İqor Ponomaryov məlumat verib.

61 yaşlı mütəxəssis bu post üçün bir neçə namizədlə görüşdüklərini bildirib: “Ramin Quliyevin gedişindən sonra baş məşqçi postu boşalıb. Rusiyalı Murad Musayev sadəcə, namizədlərdən biridir. Biz namizədlərlə görüşürük. Bu da normal prosesdir”.

Loading...

Qeyd edək ki, “Sabah” oktyabrın 21-də Ramin Quliyevlə yollarını ayırıb. Murad Musayev 2018 – 2021-ci illərdə “Krasnodar”da işləyib.


KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button