Top.Mail.Ru
İDMAN

“Neftçi”nin futbolçusu: “Qarabağ” bizdən qorxmalıdır”

“Son oyunda qələbə qazanmaq vacib idi”.

Bu fikirləri “Report”a açıqlamasında “Neftçi”nin futbolçusu Mertç Çelik “Zirə”ni 2:1 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının VIII tur oyunu barədə danışarkən deyib.

21 yaşlı müdafiəçi görüşün çətin keçdiyini bildirib: “Rəqib komandalar bizimlə görüşlərdə daha çox müdafiə olunurlar. Önəmlisi qələbə qazanmaqdır. Bunun üçün də xeyli çalışırıq”.

Loading...

Çelik lider “Qarabağ”a qarşı keçirəcəkləri IX tur matçı üçün də iddialı danışıb. O, rəqibdən qorxmadıqlarını bildirib: “Səfər oyununa hər zamankı kimi qələbə üçün gedəcəyik. Yaxşı nəticə qazanıb azarkeşlərimizi sevindirmək istəyirik. Bu çempionatın ən güclü komandası bizik. Məncə, digər komandalar bizdən qorxmalıdır”.

Türk əsilli oyunçu “Qarabağ” da sizdən qorxmalıdırmı?” sualını belə cavablandırıb: “Bəli. Çempionatdakı bütün komandalar qorxmalıdırlar”.

Yenidən çempion olmaq istədiyini deyən gənc müdafiəçi klubla müqaviləsini yeniləmək niyyətində olduğunu söyləyib: “Artıq müqavilə ilə bağlı şifahi danışığımız olub. Mən bunu məmnuniyyətlə qarşıladım. Lakin hələlik heç nə bəlli deyil”.

Azərbaycan millisinin də formasını geyinmiş futbolçu yığmada az şans qazanmasından söz açıb: “Ən yaxın müddətdə millinin oyunlarında şans əldə edəcəyimə inanıram. Baş məşqçi Canni De Byazi mənə güvənib yığmaya çağırır. Mən də bunun qarşılığını vermək istəyirəm”.

Çelik 2022-ci il dünya çempionatının seçmə mərhələsindəki uğursuz çıxışları barədə də danışıb: “Şanssızlıqlar bizi yormamalıdır. Milli komandanı ən yaxşı yerlərə gətirmək üçün daha çox çalışmalıyıq”.

Qeyd edək ki, oktyabrın 30-da “Azersun Arena”da keçiriləcək “Qarabağ” – “Neftçi” oyunu saat 18:30-da başlayacaq.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button