Top.Mail.Ru
İDMAN

İstanbul derbisi: “Beşiktaş” “Qalatasaray” üzərində əzmkar qələbə qazanıb

Futbol üzrə Türkiyə Super Liqasında mövsümün ilk İstanbul derbisi keçirilib

“Report”un məlumatına görə, X tura təsadüf edən matçda “Beşiktaş” “Qalatasaray”ı qəbul edib. “Vodofon Park” stadionundakı qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə bitib.

Görüşdə hesabı qonaqlar açıblar. “Sarı-qırmızılar”ın heyətində 35-ci dəqiqədə Aleksandru Cikıldau fərqlənib. “Qara qartallar”ın hər 2 qolunu isə Kayl Larin vurub. Kanadalı hücumçu 39-cu və 64-cü dəqiqələrdə rəqib qapısına yol tapıb. 81-ci dəqiqədə “Cim-Bom”un heyətində Mustafa Məhəmməd penaltidən yararlana bilməyib.

Loading...

Bu qələbədən sonra xallarını 20-yə çatdıran “Beşiktaş” 3-cü pilləyə yüksəlib. “Qalatasaray” isə 17 xalla 8-ci sırada qalıb.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button