Top.Mail.Ru

İDMAN

Premyer Liqa: “Sabah” “Qəbələ”ni məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun daha bir oyunu keçirilib.

KAİM.az-ın məlumatına görə, “Qəbələ” evdə “Sabah”la qarşılaşıb. Qəbələ şəhər stadionunda oynanılan qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu mövsüm ölkə çempionatında ardıcıl 2-ci qələbəsini qazanan “Sabah” 7 xalla sonuncu pillədə qalıb. 15 xalı olan “Qəbələ” isə 3-cü sıradakı mövqeyini qoruyub.

Qeyd edək ki, ilk oyun günündə “Zirə” evdə “Keşlə”ni 2:0, “Qarabağ” isə “Neftçi”ni 4:0 hesabı ilə məğlub edib. Tura bu gün keçiriləcək “Sumqayıt” – “Səbail” görüşü ilə yekun vurulacaq.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button