Top.Mail.Ru
İDMAN

Argentinada futbol matçı zamanı baş məşqçi güllələndi

Argentinanın “Ferro de Piko” klubunun baş məşqçisi Maurisio Romero komandasının “Atletiko Urakan”a qarşı keçirdiyi matç zamanı güllə yarası alıb.

Oyunun 79-cu dəqiqəsində, qarşılaşmada rəqibin 3:1 öndə olduğu zaman məşqçiyə odlu silahdan atəş açılıb. Hakimlər və futbolçular qaçaraq meydançanı tərk ediblər.

Məlumata görə, güllə Romeronun çiyninə dəyib. Ona ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb.

Hazırda futbol mütəxəssisinin səhhətinin qənaətbəxş olduğu deyilir.

Cinayətkarın kimliyi isə açıqlanmır.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button