İDMAN
“Golden Foot” mükafatının qalibi bəlli oldu – Ronaldo yoxsa Messi?

“Golden Foot” mükafatının sahibi bəlli olub.
KAİM.az xəbər verir ki, Monako knyazı II Albertin təşəbbüsü ilə 2003-cü ildə təsis olunan mükafata Kriştiano Ronaldo sahib çıxıb.
Portuqaliya millisinin və Yuventusun ulduzu yaşı 29-dan çox olan futbolçular arasında ən yaxşı seçilib. Ronaldo səsvermədə Lionel Messi, Robert Levandovski, Neymar, Serxio Aquero, Jerar Pike, Məhəmməd Salah, Serxio Ramos və Artur Vidalı kimi güclü rəqiblərini arxada qoyub.
Kənan