Top.Mail.Ru
İDMAN

Konfrans Liqası: “Qarabağ” qrup liderliyini təmin edə bilər

Bu gün “Qarabağ” UEFA Konfrans Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.

KAİM.az xəbər verir ki, “Qarabağ” H qrupundakı 5-ci sınağında Kipr “Omoniya”sını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Görüşün baş hakimi danimarkalı FIFA referisi Morten Krox olacaq.

Bu görüş pley-offa vəsiqəni təmin etmiş Ağdam klubu üçün qrup liderliyi baxımından önəmlidir. “Köhlən atlar” Nikosiya təmsilçisinə qalib gələcəyi halda, Qazaxıstanda “Kayrat” və İsveçrənin “Bazel” komandaları arasındakı matçın nəticəsindən asılı olaraq, qrupda birinci yeri rəsmiləşdirə bilər. Bunun üçün Almatı təmsilçisi evdə qonaqlara uduzmamalıdır.

UEFA Konfrans Liqası

Qrup mərhələsi, V tur

21:45. “Qarabağ” (AZƏRBAYCAN) – “Omoniya” (Kipr)

Hakimlər: Morten Krox, Nils Höq, Şteffen Bramsen, Yorgen Burxardt (hamısı Danimarka)

Tofiq Bəhramov adına Respublika stadionu

Xal durumu: “Qarabağ” – 10, “Bazel” – 8, “Omoniya” – 2, “Kayrat” – 1.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button