Top.Mail.Ru

İDMAN

Azərbaycanın iki milli komandasına baş məşqçi təyinatı oldu – FOTOLAR

zərbaycan Üzgüçülük Federasiyasının İcraiyyə Komitəsinin yığıncağı keçirilib.

Federasiyadan verilən xəbərə görə, tədbirdə federasiyanın baş katibi, icraçı direktoru və mətbuat katibinin, o cümlədən də üzgüçülük və su polosu üzrə milli komandalarının baş məşqçilərinin seçki yolu ilə təyin olunmaları, həmçinin qarşıda duran cari məsələlər müzakirə olunub.

Üzgüçülük Federasiyasının yaxınlarda yenidən prezidenti seçilmiş Xanlar Fətiyev öz bacarığı ilə seçilən, əvvəlki illərdə federasiyanın fəaliyyətinə öz töhfəsini vermiş Fərid Bənənyarlının baş katib postuna namizədliyini irəli sürüb və təklif İcraiyyə Komitəsinin üzvləri tərəfindən yekdilliklə dəstəklənib.

Loading...

Komitə üzvləri federasiyanın texniki direktoru kimi Kamran Hüseynovun, mətbuat katibi olaraq Məqsəd Rəhimovun, üzgüçülük üzrə milli komandanın baş məşqçi olaraq Rəşad Əbdürrəhmanovun və su polosu üzrə komandanın baş məşqçisi olaraq Azər Babayevin namizədliyini təsdiqləyiblər.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button