Top.Mail.Ru

İDMAN

Azərbaycanlı döyüşçü Rafael Fiziyev milliyyəti ilə bağlı sualı cavablandırdı – VİDEO

Azərbaycanlı tanınmış MMA döyüşçüsü Rafael Fiziyev UFC jurnalisti Ariel Helvaniyə müsahibə verib.

KAİM.az xəbər verir ki, “Ataman” ləqəbli idmançı milliyyəti haqqında sualı belə cavablandırıb:

“Mən Qazaxıstanda anadan olmuşam və 12 il Qırğızıstanda yaşamışam. Lakin mən əslən azərbaycanlıyam”.

Loading...

Rafael döyüşlərə çıxarkən başına taxdığı milli papaqla bağlı suala da cavab verib:

“Bu papaq Azərbaycandandır. Bu, bizim tariximizdir, Azərbaycanın milli baş geyimidir”.

Qeyd edək ki, Qırğızıstan vətəndaşı olan Rafael Fiziyev bir müddət əvvəl bu ölkənin bayrağı altında yarışlara qatılmaqdan imtina edib. O, bunu özünə qarşı hiss etdiyi təzyiqlər səbəbindən etdiyini bildirib.

Xatırladaq ki, Rafael bir müddət əvvəl UFC Vegas 44 yarışında yeni zelandiyalı Bred Riddellə qarşılaşıb və qalib gəlib. Texniki nokautla rəqibini məğlub edən Rafael ardıcıl beşinci qələbəsini qazanıb. Sözügedən turnirdə də Fiziyev heç bir ölkənin bayrağı altında vuruşmayıb.

Daha ətraflı Baku TV-nin süjetində:

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button