Top.Mail.Ru

İDMAN

“Böyük Dəbilqə” turnirinin 18 dəfə qalibi olan keçmiş tenisçiyə ağır xəbər – FOTO

“Böyük Dəbilqə”nin 18 turnirinin qalibi Kris Evert xərçəngdən əziyyət çəkir.

Bu barədə keçmiş tennisçi özünün “Twitter” hesabında məlumat verib.

“Mənə 1-ci mərhələdə yumurtalıq xərçəngi diaqnozu qoyulduğunu bildirmək istəyirəm. Həkimlərin bunu erkən mərhələdə aşkar etdiyi üçün çox şanslıyam və kimyaterapiyanın müsbət nəticələrinə ümid edirəm”, – deyə o, bildirib.

Loading...
Yazının davamı reklamdan sonra

Evertin 67 yaşı var və peşəkar karyerasını 1989-cu ildə başa vurub. Amerikalı yeddi dəfə Fransa Açıq Çempionatının, iki dəfə Avstraliya Açıq Çempianatının, üç dəfə Uimbldon turnirinin və altı dəfə ABŞ Açıq turnirinin qalibi olub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button