Top.Mail.Ru

İDMAN

Azərbaycanlı hakimə Çempionlar Liqasında təyinat verildi

Voleybol üzrə beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarova Avropa Voleybol Konfederasiyası tərəfindən növbəti təyinat göndərilib.

KAİM.az xəbər verir ki, E.Zülfüqarov yanvarın 20-də İstanbulda qadın voleybolçular arasında keçiriləcək Çempionlar Liqasının qrup mərhələsində B qrupunda çıxış edən “Vakıfbank” (Türkiyə) – “LP Salo” (Finlandiya) matçında ikinci hakim olaraq oyunu idarə edəcək.

Görüşün baş hakimi rusiyalı Yevgeni Makşanov olacaq.

Loading...
Yazının davamı reklamdan sonra

Avropa Voleybol Konfederasiyası tərəfindən Azərbaycan Voleybol Federasiyasının baş koordinatoru Zöhrab Gözəlbəyliyə növbəti dəfə etimad göstərilib. Gözəlbəyli 2022-ci ilin ilk təyinatı olaraq yanvarın 20-də İstanbul şəhərində kişilər arasında keçiriləcək CEV kubokunun 1/8 final matçının “Qalatasaray” (Türkiyə) – “ Karlovarsko” (Çexiya) klublarının qarşılaşmalarında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Qeyd edək ki, görüşün hakimləri moldovalı Andrey Taran, rumıniyalı Benone Visandır.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button