Top.Mail.Ru
İDMAN

“Messinin psixoloji problemləri var”

“Yuventus”un baş məşqçisi Andrea Pirlo “Barselona”nın kapitanı Lionel Messi haqqında danışıb.

41 yaşlı mütəxəssis Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda Kataloniya klubu ilə keçirəcəkləri matçdan öncə verdiyi açıqlamada 33 yaşlı hücumçunun psixoloji problemləri olduğunu deyib:

“Messi həyatında xüsusi bir dövrü keçirir. Bu, karyerası ilə əlaqəli deyil. Çünki həmin problemlər yayda baş vermişdi. İndi isə “Barselona”da qalıb-qalmayacağına qərar verməlidir.

Messi oyun vaxtı həmişə özünü göstərir. Məncə, onun futboldan daha çox psixoloji problemi var. Amma bunun bizimlə heç bir əlaqəsi olmadığına görə təfərrüatları danışmaq istəmirəm. Messi bir fenomendir. O, bunu sübut edib”. qol.az

Qeyd edək ki, bu gün keçiriləcək “Barselona” – “Yuventus” matçı Bakı vaxtı ilə 00:00-da başlayacaq.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button