Top.Mail.Ru
İDMAN

“Messini heç vaxt rəqib kimi görməmişəm” – Ronaldo

“Yuventus”un hücumçusu Kriştiano Ronaldo növbəti dəfə “Barselona”nın kapitanı Lioenel Messi ilə münasibətlərindən danışıb.

Kaim.Az qol.az-a istinadən xəbər verir ki, portuqaliyalı futbolçu Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda səfərdə “Barselona”ya qalib gəldikləri oyundan (3:0) sonra Messi haqda fikirlərini bildirib. O, argentinalı hücumçunun heç vaxt rəqib kimi görmədiyini bildirib:

“12-13 ildir ki, birlikdə müxtəlif mükafatlandırma mərasimlərində iştirak edirik. Onu heç vaxt rəqib kimi görməmişəm. Hər şey media tərəfindən şişirdilir. Həmişə çox yaxşı münasibət qurmuşuq. Messidən soruşsanız, o da sizə eyni şeyləri söyləyəcək”.

Xatırladaq ki, Ronaldo ötən gecə “Barelona” ilə keçirilən görüşdə dubl edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button