Top.Mail.Ru
İDMAN

Maradonanın mirası uğrunda “dünya çempionatı” başlayıb

Əfsanəvi futbolçu Dieqo Maradonanın qohumları miras uğrunda müharibəyə başlayıblar.

Kaim.az bildirir ki, bu haqda “The Sun” nəşri yazıb.

Dieqonun mirası 40 milyon avro dəyərindədir. Maradona həmçinin  lüks daşınmaz əmlaka və premium avtomobillər parkına da sahib idi.

“Maradona’nın pulu uğrunda müharibə sadəcə bir rəqabət olmayacaq – əsl dünya çempionatı olacaq” deyə The Sun yazır.

25 Noyabrda vəfat edən idmançının pulu üçün ən az 16 nəfərin müraciət etdiyi bildirilir.

Maradonanın tanınmış beş övladı olduğunu qeyd etmək lazımdır. Bu status üçün daha yeddi nəfər müraciət edib.

İlqar

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button