Top.Mail.Ru
İDMAN

Avropa Liqasında qrup mərhələsinin püşkü atıldı

UEFA Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilib.

“Report”un məlumatına görə, İsveçrənin Nyon şəhərindəki tədbir zamanı 48 komanda 12 qrupa bölünüb. Püşkatmada İtaliya millisinin, “Napoli”nin və “Yuventus”un sabiq futbolçusu Çiro Ferrara iştirak edib.

Saytların yığılması Saytların yığılması

A qrupu:  “Roma” (İtaliya), “Yanq Boyz” (İsveçrə), ÇFR (Kluj, Rumıniya), MOİK (Sofiya, Bolqarıstan)

B qrupu: “Arsenal” (İngiltərə), “Rapid” (Vyana, Avstriya), “Molde” (Norveç), “Dandolk” (İrlandiya)

C qrupu: “Bayer” (Leverkuzen, Almaniya),  “Slaviya” (Praqa, Çexiya), “Hapoel” (Beer-Şeva, İsrail), “Nitsa” (Fransa),

D qrupu: “Benfika” (Portuqaliya), “Standard” (Lyej, Belçika), “Reyncers” (Şotlandiya),  “Lex” (Poznan, Polşa)

E qrupu: PSV (Eyndhoven, Niderland),  PAOK (Yunanıstan), “Qranada” (İspaniya), “Omoniya” (Kipr)

F qrupu: “Napoli” (İtaliya), “Real Sosyedad” (İspaniya), AZ (Alkmaar, Niderland),  “Riyeka” (Xorvatiya)

G qrupu:  “Braqa” (Portuqaliya), “Lester” (İngiltərə), AEK (Afina, Yunanıstan), “Zarya” (Luqansk, Ukrayna)

H qrupu: “Seltik” (Şotlandiya),  “Sparta” (Praqa, Çexiya), “Milan” (İtaliya), “Lill” (Fransa)

I qrupu: “Vilyarreal” (İspaniya), “Qarabağ” (AZƏRBAYCAN), “Makkabi” (Təl-Əviv, İsrail), “Sivasspor” (Türkiyə)

J qrupu: “Tottenhem” (İngiltərə), “Lüdoqorets” (Bolqarıstan), LASK (Avstriya),  “Antverpen” (Belçika)

K qrupu: MOİK (Moskva, Rusiya), “Dinamo” (Zaqreb, Xorvatiya), “Feyenoord” (Niderland), “Volfsberq” (Avstriya)

L qrupu: “Gent” (Belçika), “Srvena Zvezda” (Serbiya), “Hoffenhaym” (Almaniya),  “Slovan” (Liberets, Slovakiya)

Qeyd edək ki, qrup mərhələsinin iştirakçılarından 18-i birbaşa, 21-i Avropa Liqasının pley-off mərhələsi vasitəsilə, 6-sı Çempionlar Liqasının pley-off, 3-ü isə III təsnifat mərhələsində Liqa Yolunda uduzanlardan ibarətdir. Oyunlar oktyabrın 22-də və 29-da, noyabrın 5-də və 26-da, həmçinin dekabrın 3-də və 10-da keçiriləcək.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir