Top.Mail.Ru
İDMAN

“Böyük beşlik”də ən bahalı gənc futbolçuların siyahısı açıqlanıb

Ən bahalı gənc futbolçuların siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, CİES futbol observatoriyası “Böyük beşlik” liqalarında çıxış edən və 2000-ci illərdə anadan olan futbolçuların transfer dəyərləri ilə bağlı araşdırma aparıb.

Saytların yığılması Saytların yığılması

“Bavariya”nın futbolçusu Alfonso Devis ən bahalı oyunçu olub. Kanadalı müdafiəçinin dəyəri 180,4 milyon avro təşkil edir.

Dortmund “Borussiya”sının üzvləri – ingiltərəli Ceydon Sanço (125,6) ikinci, norveçli Erlinq Haland (120,3) dördüncüdür.

Adıçəkilənlərlə müqayisədə iki yaş kiçik olan Ansu Fati siyahıda üçüncüdür. “Barselona”nın ispaniyalı vunderkindinin qiyməti 122,7 milyondur.

Daha iki futbolçunun qiyməti 100 milyonu keçib. Bunlar “Mançester Yunayted”də oynayan Meyson Qrinvud (115,3) və “Mançester Siti”nin üzvü Ferran Torresdir (106,0).

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir