Top.Mail.Ru
bannerİDMAN

Cakkuzidə qızlarla əylənən “Qarabağ”ın futbolçusu klubdan qovulacaq – FOTOLAR

Buxarest “Dinamo”da çıxış edən Maqaye Qeye cakkuzidə qızlarla əylənib və şampan içib.

Offsideplus.az xəbər verir ki, bu hərəkətinin görüntüləri sosial şəbəklərdə yayılandan sonra klub rəhbərliyi Fransa əsilli futbolçunu komandadan kənarlaşdırmaq istəyir. Buxarest təmsilçisinin əfsanəsi Florentin Petr bu barədə əsəbləşərək Qeyenin “Dinamo”dan atılmalı olduğunu açıqlayıb:

Saytların yığılması Saytların yığılması

“Geyenin elədiyi şok edicidir. Azad olanda istədiyini edə bilərsən. Burda məsələ “Dinamo”nun tarixinə hörmətsizlik edib lağ etməkdir. O cəzalandırılmalı və gəldiyi yerə geri qayıtmalıdır. Ölkədən qovulmalıdır! “Dinamo”ya pul qoyan bütün tərəfdarları ələ saldı. O, azarkeşlərin pullarını yedi. Alkoqolun təsiri altındadır. Onu bu komandaya gələndən bəri tanıyıram. Futbolçudan çox reqbi oyunçusu kimidir. Qeye “Dinamo”ya özünə ad-san və pul qazanmaq üçün gəlib”.

Qeyd edək ki, Maqaye Qeye “Qarabağ”dan yayda ayrılmışdı. Ağdam təmsilçisinin heyətində 5 çempionatda, 3-ü avrokuboklarda olmaqla ümumilikdə 11 dəfə fərqlənmişdi.

hdksj

43e7eaa7 1375 44f5 831d f17ffa945147

 

1610721210684

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir