Top.Mail.Ru
İDMAN

David Alaba “Real Madrid”ə keçir

“Bavariya” nın müdafiəçisi David Alaba “Real Madrid”lə müqavilə imzalamağa yaxındır.

Kaim.az bildirir ki, bu haqda “Marka” nəşri xəbər yayıb.

Saytların yığılması Saytların yığılması

Mənbənin məlumatına görə, “Real Madrid” avstriyalı futbolçuya 10 milyon avro məvaciblə 4 illik müqavilə təklif edib.Alabanın yay transfer dönəmində Madrid klubuna keçəcəyi gözlənilir.

Xatırladaq ki, Alaba “Bavariya” nın yeni müqavilə təklifini bir neçə dəfə rədd etmişdi, bundan sonra klub futbolçu ilə müqaviləni uzatmaq üçün yeni cəhdlər göstərməyəcəklərini söyləmişdi. Medianın yazdığına görə, David hücumçu Robert Lewandovski ilə eyni maaş istəyirdi.

Alaba, karyerasının çox hissəsində Bayernin rənglərini qorudu. Bu mövsüm futbolçu Almaniya Bundesliqasının 12 matçında iştirak edib və 1 qol vurub.

İlıqar

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir