Top.Mail.Ru
İDMAN

İspaniya ilk finalçı oldu – AVRO-2024

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İspaniya və Fransa yığmaları arasında keçirilən yarımfinal görüşü başa çatıb.

KAİM.az xəbər verir ki, Münhendəki “Alyans Arena”da reallaşan matçda pireneylilər qələbə qazanıb – 2:1. Hesabı 9-cu dəqiqədə fransızlardan Kolo Muani açıb. 21-ci dəqiqədə Lamin Yamal “status-kvo”nu bərpa edib. İspanların qələbə qoluna isə 25-ci dəqiqədə Dani Olmo imza atıb.

Saytların yığılması Saytların yığılması

Qeyd edək ki, İspaniya millisinin finaldakı rəqibinin adına bu gün keçiriləcək Niderland – İngiltərə matçında aydınlıq gələcək. //Metbuat.az

Bənzər yazılar