İDMAN

“Keşlə” xal itirdi, “Qarabağ”dan böyükhesablı qələbə

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 6-cı tura start verilib. Sport24.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Turun açılış oyununda “Səbail”lə “Keşlə” üz-üzə gəlib. Sonuncu pillədə qərarlaşmış “dənizçilər” qələbə qazanmaqla “zirzəmi”dən qurtulmağı hədəfləmişdisə, qonaq komanda liderlər qrupundakı mövqeyini möhkəmləndirmək istəyirdi. Lakin tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar.

Günün digər oyununda son çempion “Qarabağ” “Qəbələ”ni qəbul edib. Turnir cədvəlində qonşu olan kollektivlərin duelində Ağdam təmsilçisi favorit hesab olunurdu. Əyalət təmsilçisi cari mövsümdə hələ ki, qələbə sevinci yaşamayan yeganə komanda idi. Elə bu oyunda da “Qarabağ” bu rəqibinə böyük hesabla qalib gəlib.

Qeyd edək ki, bu turun “Neftçi” – “Sabah” və “Sumqayıt” – “Zirə” matçları oktyabrın 18-də keçiriləcək.

Azərbaycan Premyer Liqası – 6-cı tur
17 oktyabr

“Səbail” – “Keşlə” 1:1
Qol: B.Həziyev, 51 – R.Hacıyev, 49.
Qırmızı vərəqə: A.Nağıyev, 83.
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Nahid Əliyev, Rauf Cabarov.
Bakı. “ASCO Arena”, 14:00.

Səbail: 96. Nikolas Hagen, 14. Rahid Əmirquliyev (k), 34. Ürfan Abbasov, 55. Adil Nağıyev, 11. Rauf Əliyev, 22. Əfran İsmayılov, 27. Hendrik Ekşteyn, 16. Peyman Keşavarzi, 9. Florian Kadriu, 3. Turan Manafov, 99. Bahadur Həziyev.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 5. Vüqar Bəybalayev, 28. Məqsəd İsayev, 19. Elgün Nəbiyev, 29. Amil Yunanov, 2. Arsen Ağcabəyov, 77. Ədilxan Qarəhmədov.
Baş məşqçi: Aftandil Hacıyev.
Keşlə: 1. Stanislav Namaşko, 19. Azər Salahlı, 17. Vüsal İsgəndərli, 7. Rəhman Hacıyev, 4. Şəhriyar Əliyev (k), 25. Con Kamara, 21. Miyusko Boyoviç, 48. Dmitro Klots, 11. Silvio Rodriqes, 23. Artur Batista, 99. Rafael Məhərrəmli.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 18. Ruslan Əmircanov, 2. İlkin Qırtımov. 6. Rəşad Sadiqov, 8. Tural Axundov, 20. Rail Məlikov, 16. Alvaro Tavares, 14. Turan Vəlizadə, 13. Pərviz Azadov.
Baş məşqçi: Yunis Hüseynov.

“Qarabağ” – “Qəbələ” 3:0
Qol: D.Gerye, 44. P.Andrade, 89. T.Bayramov, 90+1.
Hakimlər: Rəşad Əhmədov, Pərvin Talıbov, Cavanşir Yusifov, Elçin Məsiyev.
Bakı. “Azersun Arena”, 16:00.

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 55. Bədavi Hüseynov (k), 30. Abbas Hüseynov, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 9. Xayme Romero, 8. Uroş Matiç, 77. Donald Gerye, 81. Kevin Medina, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 6. Patrik Andrade, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov.
Baş məşqçi: Qurban Qurbanov.
Qəbələ: 1. Anar Nəzirov (k), 1. Asif Məmmədov, 28. Murad Musayev, 99. Ceyms Adeniyi, 77. Merab Giqauri, 32. Nikolas Raysel, 13. Yurgen Qoxa, 2. Vinko Medimoreç, 23. Rafael Utriq, 20. Faiq Hacıyev, 55. İdris İnqilablı.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Rasim Ramaldanov, 74. Yusif Nəbiyev, 70. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 9. Ehtiram Şahverdiyev, 14. Cavid Hüseynov, 6. Kamal Mirzəyev, 22. Rodriqo Qattas, 17. Yaovi Akakpo, 71. Rüfət Əhmədov.
Baş məşqçi: Elmar Baxşıyev.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button