Top.Mail.Ru
İDMAN

Milli komandanın baş məşqçisi: “Bizim üçün bütün görüşlər final kimi idi”

“Hər görüşdən öncə istər fiziki, istərsə də texniki hazırlıq keçirdik”.

KAİM.az xəbər verir ki, bunu parataekvondo üzrə kişilərdən ibarət Azərbaycan millisinin baş məşqçisi Fərid Tağızadə jurnalistlərə açıqlamasında bildirib.

Saytların yığılması Saytların yığılması

“Hər görüşdən öncə biz hazırlıq keçirdik. İstər fiziki, istərsə də texniki-taktiki baxımdan çox yaxşı hazırlaşmışdıq. Bizim üçün bütün görüşlər final kimi idi. Motivasiyamız yaxşı olub ki, belə nəticə ilə Vətənə dönə bildik. Hər bir idmançıma ayrı-ayrılıqda təşəkkür edirəm. Onlarla fəxr edirəm. Yarışlara çox yaxşı motivasiya olmuşdular”.

Qeyd edək ki, Azərbaycanın parataekvondo millisi Paralimpiya Oyunlarında medalların əyyarına görə ikinci yerin sahibi olub.

Bənzər yazılar