Top.Mail.Ru
İDMAN

Paris-2024: Bu gün daha beş idmançımız qızıl medal uğrunda mübarizə aparacaq

Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında bu gün beş idmançımız qızıl medal uğrunda mübarizəyə qatılacaq.

KAİM.az  xəbər verir ki, öncə paraüzgüçümüz Raman Saley (S12 kateqoriyası) 100 metr məsafəyə sərbəst üsulla üzməkdə uğur qazanmağa çalışacaq.

Saytların yığılması Saytların yığılması

Bu kateqoriyanın təsnifat mərhələsi Bakı vaxtı ilə saat 11:30-da, final yarışları isə 19:30-da keçiriləcək.

Paraatıcılarımız Aybəniz Babayeva və Kamran Zeynalov (hər ikisi P4 kateqoriyası) 50 metr məsafəyə atəş açmaqda bacarıqlarını yoxlayacaqlar. Bu yarışın təsnifat mərhələsi Bakı vaxtı ilə saat 11:30-da, final isə 14:15-də baş tutacaq.

Parapauerliftinqçimiz Ceyhun Mahmudov (54 kq) Bakı vaxtı ilə saat 20:35-dən etibarən mübarizəyə qoşulacaq.

Paraatletimiz Rüfət Rəfiyev isə (F36 kateqoriyası) nüvəitələmə yarışında çıxış edəcək. Bu kateqoriya üzrə yarış Bakı vaxtı ilə saat 21:08-də başlayacaq.

Qeyd edək ki, Paris-2024 Yay Paralimpiya Oyunları sentyabrın 8-də yekunlaşacaq.

Bənzər yazılar