Top.Mail.Ru
İDMAN

“Qələbəmi Vətən uğrunda canından keçmiş şəhidlərimizə həsr edirəm” – Polis baş leytenantı Tural Əliyev

“Ölkəmizdə belə mötəbər yarışın keçirilməsi qürurvericidir. Daxilimdə bir inam var idi ki, bu yarışda ölkəmizi layiqincə təmsil edəcəyəm. Məqsədim qızıl medal almaq idi və belə də oldu. Rəqibim böyük əzmkarlıq göstərsə də, mükafatı əldən verməyərək qalib gəldim. Ümid edirəm ki, komandamız bu uğurun davamını gətirəcək”.

Bunu AZƏRTAC-a açıqlamasında hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatında qızıl medala layiq görülən azərbaycanlı idmançı Əli Rəhimzadə söyləyib.

Saytların yığılması Saytların yığılması

O bildirib ki, Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında dövlət bayrağını zirvədə görmək çox şərəfli hissdir: “Bu Qələbəmi Vətən uğrunda canından keçmiş şəhidlərimizə həsr edirəm”.

Qeyd edək ki, 65 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi final görüşündə monqolustanlı rəqibini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

 

Bənzər yazılar