Top.Mail.Ru
İDMAN

Qaşım Maqomedovun ilk rəqibi bəlli olub

Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan taekvondoçusu Qaşım Maqomedovun ilk rəqibi bəlli olub.

KAİM.az xəbər verir ki, bu, yarışın püşkatmasından sonra dəqiqləşib.

Saytların yığılması Saytların yığılması

58 kq çəkidə mübarizə aparacaq idmançımız 1/8 finaldan yarışa qoşulacaq. O, İrlandiya təmsilçisi Cek Uolleylə üz-üzə gələcək. Görüş sabah Bakı vaxtı ilə saat 13:48-də başlayacaq.

Qeyd edək ki, 58 kq çəki dərəcəsində mübarizəyə sabah yekun vurulacaq.

Bənzər yazılar