Top.Mail.Ru
İDMAN

SON DƏQİQƏ: Özil bu Türk klubla 3,5 illik müqavilə imzaladı

Mesut Özili “Fənərbağça”da görmək istəyənlərin arzusu çin olmaq üzrədir.

Son günlər baş verən hadisələr, dolaşan xəbərlər və prosesin gedişatı 32 yaşlı ünlü ismin karyerasını Türkiyədə davam etdirəcəyindən xəbər verir. Mesut dünən gecə etdiyi paylaşımla ürəklərə ümid toxumu səpib,

Saytların yığılması Saytların yığılması

Offsideplus.az xəbər verir ki, ulduz futbolçu “instaqram”da İstanbulda çəkdirdiyi fotonu paylaşaraq altına ingilis dilində “Bu şəhər…” sözlərini yazıb. Paylaşım qısa müddətdə böyük ajiotaja səbəb olub ki, 1 milyona yaxın bəyənmə gəlib, 60 mindən çox rəy yazılıb. Bununla da “Fənər” azarkeşləri Mesutun sevimli komandalarında oynayacağına dair inamları artıb.

Az öncə isə Türkiyə mətbuatında Özilin “Fənərbağça” ilə razılığa gəldiyi və 3,5 illik müqaviləyə imza atacağına dair xəbərlər yayıldı. Hətta bəzi mənbələr “10 nömrə”nin İstanbulda olduğunu iddia edir.

Qeyd edək ki, təcrübəli futbolçunun “Arsenal”la müqaviləsi bu ilin iyununda başa çatacaq.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir