Top.Mail.Ru

KAİNAT TV

Baş prokuror Nizami Xudiyev oğlunu işdən çıxardı

Baş prokurorluqda növbəti kadr dəyişikliyi baş verib.
Kainat.tv “Unikal.org”-a istinadla xəbər verir ki, Xətai rayon prokurorunun müavini olan Nazim Nizami oğlu Xudiyev baş prokurorun əmri ilə tutduğu vəzifədən çıxarılıb və sərəncama götürülüb.

 

Onun yerinə isə 2014-cü ildə prokurorluq orqanlarına işə qəbul olunmuş Şükran Nürəddin oğlu Məmmədov təyin edilib.

Nazim Xudiyev AzTV-nin keçmiş sədri Nizami Xudiyevin oğlu, Penitensiar Xidmətin keçmiş rəis müavini Hüseyn Əlixanovun isə kürəkənidir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button