KAİNAT TV
Yunanıstan hərbçilərinin ermənilərə hərbi təlim keçdiyi ifşa olundu – FOTOLAR

Yunanıstan hərbçilərinin Ermənistan ordusuna verdiyi təlim zamanı çəkilən görüntülər ortaya çıxıb.
Publika.az xəbər verir ki, yunanlar ortaq təlim, mövcud birgə hərbi əməkdaşlıq proqramı çərçivəsində Afinanın Peramo bölgəsindəki qışlaqda ermənilərə təlimlər keçib.
“Birlik” qəzetinin iddiasına görə, təlimlər 6-9 iyun 2017-ci il tarixləri arasında Yunanıstan Baş Qərargahı (GEETHA) İntizamlı Xüsusi Əməliyyat İdarəsinin rəhbərliyində Ermənistan xüsusi təyinatlı qüvvələri üçün təşkil olunub.
Loading...
Yazının davamı reklamdan sonra
Təlim çərçivəsində çevik reaksiya, yaxın məsafədə döyüş və küçə döyüşü öyrədilib.