KAİNAT TV
Ermənilər Kəlbəcər-Basarkeçər yolunun bağlı olduğunu etiraf etdi

İşğal edilən Dağlıq Qarabağla Ermənistanı birləşdirən Kəlbəcər-Basarkeçər avtomobil yolu təhlükəsizlik səbəbi ilə bağlıdır.
KAİM.az xəbər verir ki, bu barədə cümə axşamı Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Mənbə bildirir ki, Azərbaycandan atəşə tutulmaq təhlükəsi səbəbindən magistral yolda nəqliyyat müvəqqəti dayandırılıb.
27 sentyabr tarixindən etibarən Qarabağ münaqişəsi zonasında gərgin döyüşlər davam edir.
Haşiyə: Kəlbəcər-Basarkeçər avtomobil yolu Azərbaycan Ordusunun Murov dağındakı erməni postunu ələ keçirdikdən sonra bağlanıb. Ancaq ermənilər bunu indi etiraf edirlər.
Babək Göyüş
KONKRET.az