KAİNAT TV
Arçrun Ovannisyan: “Azərbaycan Ordusu genişmiqyaslı hücuma başladı – Mövqelərimiz itirildi”

“Səhər tezdən, təxminən bir saat davam edən güclü atəşdən sonra Azərbaycan Ordusu şimal istiqamətində genişmiqyaslı hücuma başlayıb”.
Konkret.az politik.am-a istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Arçrun Ovannisyan özünün facebok səhifəsində yazaraq etiraf edib ki, hücum nəticəsində erməni mövqeləri itirilib.