Top.Mail.Ru

bannerKAİNAT TV

İqor Korotçenko: “İrəvan üçün ölümcül kontrast: İnamlı İlham Əliyev qarşısında mızıldayan Paşinyan”

“İnamlı İlham Əliyevlə özünü itirmiş Nikol Paşinyan İrəvan üçün ölümcül kontrastdır”.

Bu barədə Rusiya Müdafiə Nazirliyi yanındakı İctimai Şuranın üzvü, “Milli müdafiə” jurnalının baş redaktoru, Dünya Silah Ticarəti Analizi Mərkəzinin direktoru İqor Korotçenko Dağlıq Qarabağ və ətrafındakı rayonlarda döyüş vəziyyətinin gedişatını analiz edərkən deyib.

O, Azərbaycanın işğal altında olan torpaqları azad etmək üçün sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatlarında üstünlüyün niyə Azərbaycan Ordusunun tərəfində olduğunu şərh edib və liderlərin müasir siyasətdəki roluna toxunub.

Loading...
Yazının davamı reklamdan sonra

“İrəvan üçün sadəcə ölümcül bir kontrastdır: aydın, özünə inamlı, təmkinli İlham Əliyev və qeyri-müəyyən bir şəkildə mızıldayan (siyasi planda), özünü itirmiş və qulaqlarından sallanan simsiz qulaqlıqlarla fikirlərini zəif ifadə edən Paşinyan”.

Ekspert, həmçinin, Azərbaycan və Ermənistan ordusunu da müqayisə edib:

“Qarabağ müharibəsi: XXI əsrin ordusu (Azərbaycan) ilə 1990-cı illərin ordusu (Ermənistan)”, – deyə o qeyd edib.

“Milli müdafiə” jurnalının baş redaktoru indiki Qarabağ müharibəsinin tarixə pilotsuzlar müharibəsi kimi düşəcəyini də vurğulayıb.

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button