
“Azərbaycanın bu hərbi əməliyyatı tarixə düşəcək”.
KAİM.az xəbər verir ki, bunu rusiyalı ekspert, jurnalist Maksim Şevçenko öz “Facebook” səhifəsində yazıb. O, Azərbaycan ordusunun uğurlarından və erməni qoşunları ilə silahlı toqquşmalarda qələbələrindən heyranlıq duyduğunu bildirib:
“Azərbaycan ordusu Laçın rayon mərkəzinə yaxınlaşır. Erməni ordusunun müqavimət göstərməsi demək olar ki, mümkün deyil. Bu hərbi əməliyyat müharibələr tarixində yerini alacaq”. //Metbuat.az