Top.Mail.Ru

bannerKAİNAT TV

Tramp yoxsa Biden – Amerikanın üç bilinən güçü kimə hə deyəcək?

KAİM.az xəbər verir ki, “New York Times” qəzeti Tramp və Biden arasındakı fərqlərlə bağlı yazı hazırlayıb. 3 Noyabr keçirilən prezident seçkisində hazırkı prezident Donald Tramp və Demokratların təmsilçisi Joe Bideni müqayisə olunub.

Amerikanın ən nüfuzlu qəzeti, yazıda qeyd edir: “Tramp özünəməxsus bir tərzlə dörd ildir ölkəni idarə edir. Onun idarəçiliyi ənənəvi ABŞ idarəçiliyinə uyğun gəlmir. O, istədiyi kimi hərəkət edir. Ancaq Tramp üçün əsas şüar “Əvvəlcə Amerika” anlayışıdır. Yazıda Trampın fərdi xüsusiyyətlərinə sərt, açıqsözlü, başqalarını narahat etməkdən çəkinməyən biri olduğu deyilir. Joe Biden isə Trampdan fərqli olaraq ənənəvi Amerika idarəçiliyinə əməl edəcək biri, daha anlayışlı fədakər biri kimi göstərilib. Yazıda, Tramp və Biden arasında diplomatik fərqlərin olduğu da deyilir: “Tramp bütün amerikalıların təmiz su və havaya sahib olmasını istədiyini, ancaq qlobal istiləşməyə inanmadığını söylədi. ABŞ-ı Paris İqlim Sazişindən çıxardı və ölkənin neft və kömür axtarış işlərini sürətləndirdi. Biden, qlobal istiləşməyə ən əhəmiyyətli qatqılardan biri olan istixana qazı emissiyalarını azaltmaq istəyir. 2035-ci ilədək ABŞ-da karbonsuz elektrik enerjisi istehsalını bərpa etmək üçün 2 trilyon dollarlıq bir plan təklif edir. Tramp, respublikaçı çoxluq təşkil edən Senatın köməyi ilə federal məhkəmələrdə mühafizəkar qaydanı təmin etdi. Biden prezident kürsüsünü qazanarsa, balansı bərpa etmək üçün hakim sayını artırması lazımdır”

Namizədlərin keçmişinə, tərəfdarlarına və mövcud iqtisadi və hərbi sistemə baxışlarına nəzər salmaq lazımdır.

“Bu seçkilərdə Amerikanın üç bilinən güçü Pentaqon, CİA və FED arasında ciddi rəqabət var. Silah sahibləri ənənəvi Amerika stilinin tərəfdarıdır və Baydenə isti münasibət göstərirlər. Pulu tutan şəxslər Trampı çox faydalı hesab edir və onu asanlıqla istədiklərini etməyə məcbur edəcəklərini düşünürlər”

İsarillə münasibətlərin də vurğulandığ yazıda Trampın Netanyahu üçün yaxşı İsrail üçünsə yaxşı seçim olmadığı qeyd edilib.

 

Şəbnəm Zahir

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button