Top.Mail.Ru

bannerKAİNAT TV

“Ordudan yazmaq olmaz, məqaləni sil, ya da özünü ölmüş bil” – SON DƏQİQƏ

Ermənistan ombudsmanı Armon Tatoyan Konstitusiya Məhkəməsinə müraciət edib.
Kiam.az xəbər verir ki, o bu haqda öz facebook səhifəsində yazıb.
Müraciətin səbəbi ilgincdir. Tatoyan hərbi vəziyyətin davam etdiyi dönəmdə Kütləvi İnformasiya Vasitələrinin azadlığının tam məhdudlaşdırılmasını istəyib. Yəni o bildirib ki, hərbi əməlliyyatlar davam etdiyi müddətdə söz azadlığı ,insan haqqları kimi məsələlər ikinci plana keçir. Məhdudiyyət və qadağalar təkcə jurnalistlərə deyil, ümumiyyətlə bütün vətəndaşlara şamil ediləcək.
Qeyd edək ki, Ermənistanda bundan əvvəl də qanun qəbul edilmişdi. Həmin qanuna görə hərbi vəziyyət zamanı ölkənin təhlükəsizliyinə məsul olan şəxsləri tənqid etmək, onların gördükləri işlərəri şübhə altına salmaq yasaqlanırdı. Qadağalar həmçinin qondarma Artsax respublikasının rəhbərliyinə aid idi. Onları tənqid etmək jurnalistlər üçün hüquqi məsuliyyət yaradırdı. Hazırda qanunu pozan KİV-lər 700.000- 1.000.000 dram arası cərimə olunurlar. Təkrar halda cərinə 1.500.000 dramadək qalxa bilir. Sosial şəbəkələrdə hansısa status paylaşan vətəndaşlar qanunu pozduqda 300.000-700.000 dram arası cərimə olunurlar. Sosial şəbəkələrin erməni seqmentində gedən müzakirələrdən məlum olur ki, həqiqəti yazmaq istəyən bütün jurnalistllər təqib olunur, yaxud polisə çağırılaraq hədə-qorxu gəlinir.
Ermənistan ordusu cəbhədə ard-arda məğlubiyyətlərə düçar olduqca cəmiyyətdə narazılıq artır. Rəsmi dövlət satrukturları cəbhə xəttindəki ölü sayını azaltmağa calışır, ordunun geri çəkilməyini taktiki gediş kimi qələmə versə də artıq bu effekt vermir. Aram Movsesyan adlı jurnalist yazır ki, generalları tənqid edən kimi zəng edib deyirlər ki, məqaləni sil ,ya özünü ölmüş bil. Söz azadlığı, demokratiya hayqıraraq hakimiyyətə gələn Paşinyan uğursuzluq fonunda bütün azad nəfəslikləri bağlıyır.
Ancaq qadağalar qısa müddətdə effektli ola bilər. Qərb və Rusiyanın tanınmış ekspert və politoloqları qeyd edir ki, müharibə Ermənistan üçün məğlubiyyətlə nəticələnəyi halda hakimiyyət dəyişikliyi qaçılımaz olacaq. İndiki halda isə Ermənistanı məğlubiyyətdən bir addım ayırır.
İlqar Atabəyli
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button