Top.Mail.Ru
KAİNAT TV

Bakının içməli suyu zəhərlənib -TƏCİLİ

Bu gün sosial şəbəkələrdə Azərbaycanda içməli suya təxribat olunduğu və hepatit virusunun yoluxdurulması barədə səs yazıları paylaşılıb.

Xəbərdə deyilir ki, bunun qarşısını almaq üçün suyun tərkibində xlorun miqdarı artırılıb. Məsələyə aydınlıq gətirmək üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə əlaqə saxladıq. Oranın mətbuat katibi İlkin Kərimov bildirdi ki, bu məsələ ilə bizim idarə məşğul olmur. Dəfələrlə Azərsu, Dövlət Su Agentliyinin mətbuat xidməti ilə əlaqə saxlasaq da heç biri zənglərə cavab vermədilər. Lakin əldə etdiyimiz məlumata görə, Azərbaycanda suyun tərkibi ilə bağlı narahatlıq doğuran hər hansı məqam yoxdur.

Saytların yığılması Saytların yığılması

Çünki Bakı şəhərinə gələn su Ceyranbatanda ciddi şəkildə təmizlənir. Bu məsələ ilə bağlı heç bir narahatlıq yoxdur.

Müəllif: Söylü Ağazadə

Bənzər yazılar