Top.Mail.Ru
KAİNAT TV

Erkin Qədirlidən İlqar Məmmədovla bağlı ilginc açıqlama: “Ona qarşı …”/VİDEO

REAL Partiyasının üzvü, millət vəkili Erkin Qədirli “TV Musavat”ın efirində partiyanın sədri İlqar Məmmədovun “Türklər Azərbaycan nümayəndə heyətini dəstəkləmək üçün ciddi fəallıq göstərmədi” fikrini şərh edib.

O, bildirib ki, hər kəs öz fikirlərinə görə cavabdehdir: “Nə olsun ki, bir partiyanın üzvüyük? İlqar Məmmədova qarşı paxıllıq və qərəz var. REAL-a da, mənə də qarşı qərəz var. Hətta Natiq Cəfərli də daxil olmaqla, üçümüzün arasını vurmağa çalışanlar çox olub. Türkiyə nümayəndə heyətinin 1/3-ü bizi heç zaman dəstəkləmir çünki onlar solçulardır”.

Saytların yığılması Saytların yığılması

E.Qədirli bildirib ki, AŞPA-nı tərk etmək barədə qərarın İlqar Məmmədovla razılaşdırmayıb:

“Bizim aramızda güvən var. Hər addımımızı bir-birimizlə razılaşdırmırıq. Mən səs verərkən belə nümayəndə heyətinin rəhbəri ilə razılaşdırmıram. Mən müstəqiləm. Cizgilərimi, prinsiplərimi, partiyamızın mövqeyini bilirəm. İndiyə kimi səsvermədən öncə Bakıya zəng edib, sədr ilə heç nəyi razılaşdırmamışam”.

Bənzər yazılar