Top.Mail.Ru
KAİNAT TV

Şantajçı “blogger “BY AYLİN -11” bircə anda “biznes lady”yə necə çevrildi? – ŞOK FAKTLAR

“Tik-tok”un və oradan peyda olaraq cəmiyyəti sözün əsl mənasında barmağına dolayan bəzi “blogger”lərin çıxardığı “hoqqa”lar haqda kifayət qədər məlumatlar var.

Xeberxetti.com bildirir ki, bu barədə həm sosial, həm də ənənəvi mediada çoxlu sayda şikayətlər yer alıb.

Saytların yığılması Saytların yığılması

Belə ki, “Tik-Tok” vasitəsilə iş adamlarını, dövlətdə vəzifə tutan şəxsləri tora salaraq şantaj edən və onların pulunu mənimsəyən “blogger”lər çirkin əməllərindən utanmaq əvəzinə daha da irəli gedərək özlərinə əməlli-başlı “gün ağlayıblar”. Belə bloggerlərdən biri olan “BY Aylin-11” haqda ötən yazılarımızda kifayət qədər məlumat vermişdik.

Belə ki, müəyyən səbəblərdən adını açıqlamadığımız, ancaq Tik-tok”da “BY AYLİN-11” ləqəbi ilə “məşhurlaşan” şəxs varlı iş adamlarından birinin oğlu ilə “məcara”sını kameranın yaddaşına həkk edərək ondan külli miqdarda pul qoparıb. Bu pullarla özünə “BY Aylin” adlı gözəllik salonu açıb. Beləcə tik-toker Aylin şantaj yolu ilə əldə etdiyi haram pullarla “biznes lady Aylin”ə çevrilib. İş adamının övladından 200-300 min pul almaqla kifayətlənməyən “blogger” özünə qızıl-zinət əşyaları aldırmaqdan da çəkinməyib.

Qeyd edək ki,sözügedən dələduzun “əməlləri” haqda artıq aidiyyatı qurumlara müraciət olunub və çox güman ki, “BY Aylin-11” haqda qanunamüvafiq tədbirlər görüləcək. Amma məsələ ondadır ki, “blogger” öz çirkin əməllərindən hələ də əl çəkmək niyyətində deyil. Belə ki, əlimizdə onun haram pullarla əldə etdiyi gözəllik salonunda da insanları şantaj etdiyi haqda məlumatlar var. Bu haqda hətta “Tik-tok”da açılan canlı verilişlərdən birində yarızarafat-yarıgerçək aparıcının dilindən də eşitmək mümkündür. Görünür daha çox varlanmaq məqsədi güdən “BY AYLİN-11” işlətdiyi salona gələn varlı müştəriləri də öz toruna salmağa və onlardan şantaj yolu ilə pul qoparmağa iddialıdır. Onun hətta iş adamının oğlundan qopardığı pullarla özünə gözəllik salonu açmasını sübuta yetirən qəbzlər və çıxarışlar da mövcuddur.

Qeyd edək ki,Ramiz Qənbərov 134 c ünvanənda yerləşən BY Aylin adlı gözəllik salonu haqqında dəfələrlə bina sakinləri tərəfindən 102 xidmətinə , MİS-ə , Sabunçu Rayon İcra Hakimiyyətinə şikayətlər daxil olub.

Şantajçı bloggerin salona xərclədiyi məbləğin də şantaj yolu ilə əldə etdiyinə dair çeklər və sübutları sizlərə təqdim edirik.

Ümid edirik ki, hüquq mühafizə orqanları və aidiyyatı qurumlar özünü “blogger” adlandıran, ancaq əslində şantaja məşğul olan bu şəxsin işlətdiyi gözəllik salonunu da bağlayacaqlar. Əks halda adıçəkilən məkanda insanların şantaj edilməsinin, aldadılmasının və neçə-neçə ailələrin dağılmasının şahidi olacağıq.

Bənzər yazılar