Top.Mail.Ru
KAİNAT TV

“Şeytan yuvası”: 2 – Strasburq Bakıya qarşı növbəti təxribat hazırlayır

Ermənistan Baş naziri Nikol Paşinyan dünəndən Fransadadır. Bu gün o, Strasburqda – Avropa Parlamentində çıxış edəcək (Bakı vaxtı ilə 13:30-da), qurumun prezidenti Roberta Metsola ilə görüşəcək. Ardınca hər ikisi mətbuata birgə bəyanatla çıxış edəcək. Şəkk-şübhə yox ki, Azərbaycan əleyhinə yeni demarş və avantürist bəyanatların şahidi olacağıq.

Bəllidir ki, Avropa Parlamentində baş “skripkaçı” Fransadır. 44 günlük Vətən müharibəsindən sonra bu üzdəniraq qurum ölkəmiz əleyhinə dəfələrlə ən iyrənc ritorikada təxribatçı qətnamələr qəbul edib. Sonuncu belə bir “sənəd” 24 saatlıq antiterror tədbirlərindən az sonraya təsadüf edir. Qətnamədə ermənilər yenə mələksima və yazıq kimi təqdim olunur, Azərbaycan isə həmişəki kimi, barmaqdan “sovrulan” saxta faktlar əsasında cümlə cinayətlərdə ittiham edilir. Qalır bircə Hitlerin də cinayətlərini boynunuza qoymaq. Bu həmin Avropa Parlamentidir ki, Bakının razılığı olmadan Ermənistanla şərti sərhədə uzunmüddətli, yarım-hərbi, əslində isə avropalı casus-kəşfiyyatçılardan ibarət müşahidə missiyası göndərib…

Saytların yığılması Saytların yığılması

Azərbaycan da, Ermənistan da Avropa Parlamentinin üzvü deyil. O zaman sual yaranır: xeyir ola, Paşinyanı Strasburqa dəvət edirsiniz, Prezident İlham Əliyevi yox? Ölkəmizə münasibətdə Ermənistan parlamentindən də radikal mövqe sərgiləyən Avropa Parlamenti gerçəkdən sülh tərəfdarıdırsa, niyə İlham Əliyevə də Brüsseldə tribuna vermir? Haçana kimi Azərbaycan olmayan yerdə Azərbaycanı müzakirə edəcək, ona qarşı qarayaxma kampaniyası aparacaqsınız?

_100343785_gettyimages-74265378.jpg (93 KB)

Bu yerdə Avropa Parlamentini əleyhimizə olan son qətnaməsinin ikrah doğuran bəzi bəndlərini yada salmağa dəyər:

“Avropa Parlamenti

Azərbaycanın Dağlıq Qarabağ (?! – red.) ermənilərinə qarşı əvvəlcədən planlaşdırılmış və əsassız hərbi hücumunu (?! – red.) qəti şəkildə pisləyir. Bu hücumun beynəlxalq hüququn və insan haqlarının kobud şəkildə pozulması olduğunu vurğulayır (Silahlı separatçılara və terrorçulara qarşı mübarizə “hərbi hücum” və “insan haqlarının kobud pozuntusu” imiş – red.);

Mövcud vəziyyətin etnik təmizləmə təşkil etdiyinə (?! –red.) inanır və Azərbaycan qüvvələrinin Dağlıq Qarabağ əhalisinə qarşı törətdiyi təhdidləri və zorakılıq aktlarını qətiyyətlə pisləyir;

Aİ və onun üzv dövlətlərini Dağlıq Qarabağda çoxsaylı atəşkəs pozuntularına və insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıyan Azərbaycan hökumətindəki şəxslərə qarşı məqsədyönlü sanksiyalar tətbiq etməyə çağırır;

30 ildə BMT-nin Dağlıq Qarabağdakı ilk missiyasının təşkili və həyata keçirilməsindən məyus olduğunu bildirir və Dağlıq Qarabağda BMT-nin himayəsi altında beynəlxalq mövcudluğun yaradılmasına çağırır;

Rusiya sülhməramlı qüvvələrinin təcili olaraq BMT-nin sülhməramlı missiyası ilə əvəzlənməsinə çağırır; ölkəni tərk etməyə məcbur olmuş erməni icmasının üzvlərinin əmlakının qorunmasını tələb edir və Azərbaycanı 2023-cü il sentyabrın 19-dan həbs edilmiş bütün Dağlıq Qarabağ sakinlərini, o cümlədən keçmiş məmurları azad etməyə çağırır (xuntaçı-cinayətkarlar legitim məmurlar hesab olunur! – red.);

Azərbaycanın Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisinə hərbi müdaxiləsini (?! – red.) pislədiyini bildirir və Azərbaycan qoşunlarının Ermənistanın bütün suveren ərazisindən çıxarılmasını tələb edir (daha bir ağ yalan – red.). Azərbaycanı Ermənistanın özünə qarşı potensial hərbi avantürizmə qarşı xəbərdar edir;

Bu böhran zamanı digər ölkələrin Azərbaycana göstərdiyi dəstəyi pisləyir. Son hadisələri və ölkədə insan haqlarının vəziyyətinin pisləşməsini nəzərə alaraq Aİ-nin Azərbaycanla münasibətlərinə hərtərəfli yenidən baxmağa çağırır. Komissiyanı Azərbaycanla enerji sahəsində “strateji tərəfdaşlığa” dərhal yenidən baxmağa çağırır;

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Dağlıq Qarabağdakı silahlı münaqişədən imperialist gündəmi irəli sürmək üçün istifadə etdiyinə görə qınayır (qardaş ölkəni də unutmayıblar! – red.)

Ermənistanın baş naziri Nikol Paşinyanı sülhə sadiqliyinə görə təqdir edir…”
və s. bu kimi axmaq, sərsəm, şər-böhtan dolu absurd iddia və ağlasığmaz ittihamlar. İnsafən, heç Ermənistan parlamenti indiyədək bizə qarşı belə əxlaqsız sənəd qəbul etməyib!..

Həyasızlığa baxın: Avroparlament BMT-nin Qarabağda apardığı ilk obyektiv missiyanı da şübhə altına alıb. Axı siz kimsiz ki, özünüzü hamıdan ağıllı hesab edir, dünyanın ən mötəbər qurumunun, sizdən yuxarıda duran təşkilatın belə rəsmi mövqeyini ciddiyə almır, onu qərəzli sayırsınız, özünüz təpədən-dırnağa qərəz küpləri olduğunuz halda, şərəfiniz erməninin 5 qəpiyinə satdığınız halda!..

Beləcə, faktiki erməni separatizmi və terrorizminin Avropada əsas dayağına və ikinci “Şeytan yuvas”ına çevrilən Fransız şəhəri Strasburq, Avroparlament (AŞ PA-nın baş iqamətgahı da bu şəhərdədir) Azərbaycana qarşı pisliyini davam etdirir. Təbii ki, bu dəfə Paşinyanla birləşib əleyhimizə siyasi şou, tamaşa düzəldəcəklər.

Ancaq boşuna səylərdir. Yaxşı bir deyim var, “Əgər hər kənardan hürən itə görə dayansan, yolun axırına çata bilməzsən”. Karvan məsələsi…

Siyasət şöbəsi,
Musavat.com

Bənzər yazılar