Top.Mail.Ru
KAİNAT TV

ŞOK İDDİA: Rusiya və Azərbaycan Rusiya sülhməramlıları məsələsində RAZILAŞIB? – Ədalət Verdiyev

Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsi məsələsi Ermənistana aidiyyəti yoxdur.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Nyu-Yorkda keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu, Moskva ilə Bakının öz arasında olan məsələdir.

Saytların yığılması Saytların yığılması

“Qarabağı hər kəs Azərbaycan ayrılmaz hissəsi kimi tanıyıb. Bizim orada faktiki olaraq sülhməramlılarımız var. Amma bu məsələ artıq Ermənistan tərəfinə aid deyil. Bu, Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərə aid olan məsələdir. Hazırkı mərhələdə rus sülhməramlılarının mövcudluğu regionda sabitliyin möhkəmləndirməsində müsbət rol oynayır”, – nazir vurğulayıb.

S.Lavrov bildirib ki, Vladimir Putin 2020-ci ildə müharibənin dayandırılmasında həlledici rol oynayıb: “Rusiya, Azərbaycan və Ermənistan arasında bəzi parametrləri, o cümlədən sərhədlərin delimitasiya və demarkasiyasını, ticarət və nəqliyyat əlaqələrinin bərpa edilməsi və sülh sazişinin imzalanmasını əhatə edən bir neçə üçtərəfli sənəd ən yüksək səviyyədə razılaşdırıldı. Son zamanlar müşahidə edirik ki, bütün bu razılıqların əldə olunmasından sonra qərbli həmkarlarımız Rusiyanın prosesdə rolunu və bu istiqamətdə irəliləyişə nail olmasını düzgün saymır. Onlar Azərbaycan və Ermənistanı Brüsselə, Parisə, Vaşinqtona, Praqaya çağırır”.

Qərb Rusiya Federasiyasının Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasında oynadığı rolunun yanlış olduğu qənaətinə gəlib və Bakı ilə İrəvanı Brüsseldə “şirnikləndirməyə” çalışır. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Nyu-Yorkda keçirdiyi mətbuat konfransında bildirib. Rusiyanın baş diplomatı Qarabağdakı sülhməramlılar haqqında da danışıb.
Onun sözlərinə görə, sülhməramlılar Rusiya və Azərbaycan arasında ikitərəfli münasibətlər məsələsidir. “Prezidentlər bu mövzunu müzakirə ediblər, onlar razılaşıblar ki, hazırkı mərhələdə Rusiya sülhməramlılarının mövcudluğu sabitliyin möhkəmləndirilməsi, regionda etimadın yaradılması və Qarabağ sakinlərinin geri qayıtmasına, kimlər ki, bunu etmək istəyir, kömək etmək üçün müsbət rol oynayır”, – deyə Lavrov vurğulayıb.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da hərbi ekspert Ədalət Verdiyevlə “Canlı debat”da müzakirə edəcəyik.

Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Bənzər yazılar