Top.Mail.Ru
KAİNAT TV

Ukrayna BOMBARDMAN edilir, hər tərəf yanğın yerinə dönüb, əhali sığınacaqlara yerləşir – VİDEO

Rusiya və Ukrayna arasındakı müharibə 2025-ci ildən sonra da davam edə bilər.

Teleqraf.com xəbər verir ki, bu fikri NATO baş katibinin müavini Mirça Coana deyib.

Saytların yığılması Saytların yığılması

“Mən sizi uzun bir müharibəyə hazırlaşmağa çağırıram. Müharibə bu il də başa çatmayacaq. Heç bir tərəf həlledici qələbəyə nail ola bilməyəcək. Kiçik əks-hücumlar, qazanılan və itirilən ərazilər uğrunda mübarizə gedəcək.

Ukraynanın səylərini maliyyələşdirmək baxımından böyük çətinliklərlə üzləşəcəyik. Bizim o qədər də maliyyə problemimiz yoxdur. Əsasən Avropada sənaye potensialı problemi var. Çünki 30 il ərzində biz sülh dividendləri topladıq və müharibə bitdikdən sonra hər şeyin sakit olacağını düşünürdük”, – Mirça Coana bildirib.

Bu və gündəmdəki bir çox sualları bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində siyasi ekspert Sülhəddin Əkbərlə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Bənzər yazılar