Top.Mail.Ru
KAİNAT TV

ÜST-dən təcili XƏBƏRDARLIQ: bu virus sürətlə yayılır, məcburi maska…

Koronavirusun omikron ştammının alt variantı olan JN.1 bütün dünyada yayılmağa davam edir.

Musavat.com xəbər verir ki, indiyədək 41 ölkədə qeydə alınan variant Fransa, İsveç, İspaniya və İngiltərə kimi Avropa ölkələrində öz təsirini göstərir. Həmçinin ABŞ-dakı yoluxma hallarının 44 faizindən çoxunun JN.1 variantı olduğu açıqlanıb.

Saytların yığılması Saytların yığılması

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) JN.1-i sürətlə yayılmasına görə “nəzərə alınmalı variant” kimi kateqoriyasına aid etsə də, hələlik narahatlıq üçün əsas olmadığını iddia edir.

“Fortune” jurnalına danışan ekspertlər isə bu variantın “oyun qaydaları”nı dəyişəcəyini düşünürlər. Minnesota Universitetinin Yoluxucu Xəstəliklərin Araşdırılması Mərkəzindən həkim Maykl Osterholm 30-dan çox əlavə mutasiyaya malik olan yeni variantın “virusun ciddi təkamülünü” göstərdiyini bildirir. Kanadanın Guelf Universitetinin professoru Rayan Qreqori isə yüksək mutasiyaya uğramış variantın “yeni dövr” açdığını deyir.

Mütəxəssislər “üçlü epidemiya”nın (Covid, qrip və RSV) qəfil artması səbəbindən həyəcan təbili çalır. JN.1 və RSV kimi tənəffüs yoluxucu xəstəliklərin artdığı ABŞ-ın müxtəlif ştatlarda və İspaniyada artıq məcburi maska ​​yenidən tətbiq edilir.

İspaniyada vəziyyət o qədər pisdir ki, bəzi bölgələrdə ciddi pandemiya qaydaları yenidən tətbiq edilib. Yerli media xəstəxanaların və sağlamlıq mərkəzlərinin dolu olduğunu, xəstələrin dəhlizlərdə yatdığını və saatlarla müalicə üçün gözlədiyini bildirir.

Bənzər yazılar